İMlər   

geceadi@gmail.com

 Ərgin Aysoy / Şeirlər- MƏNGÜLƏŞMƏK

 + Şeirlər:


MƏNGÜLƏŞMƏK

 

Alnımdan qopan izlərdir... yollar...

Alnıma otururam,

                        Yol kimi...

Yollaşmaq gücü məndə,

Yollanmaq zoru səndə!

 

Baxışlarına alınıram

                İzlərini aldığımda

Yollar kimi,

Alınlara alınarkən

                Yollaşıram...

 

Yollaşmaq zoru məndə

Yollanmaq gücü səndə

Yol kimi

        İzlərinin altından                                            

Alnına alınarkən

                Sənlə birgə yollaşıram, yollaşırıq

                                                     Yollar kimi

                                                          Məngüləşirik!