|
geceadi@gmail.com |
|
|
|
|
|
Elə bilirəm gələcəksən bir gün
Elə bilirəm görəcəyəm səni bir gün Bir uzaqda bir ağac kölgəsində Yaşıl təpələr üzərində Ya bu qərib şəhərin bir küçəsində
Elə bilirm görüşəcəyəm bir azdan sonra Qatar dayanacağında Vaqonlardan düşən adamların birisən Ya qovuşacayıq aydın limanda Gələn gəmilərdə əl qaldıran adamların birisən
Səninlə görüşmüşdüm Bir sabah göyərçinlər qanadına alanda mavi göyləri Bir bahar kəpənəklər bənöşələr oynayanda Səninlə danışmışdım Bir ayli ulduzlu gecəde Qurquşumlu anlardan
Elə bilirəm tapacağam səni Oyaq qaldığım gecələrdə Yazmadığım şerlərimdə Oxumadığım hekayələrdə Elə bilirəm çatacağam sənə Yağmayan yağışlarda Mənə çatmayan günlərimdə
Elə bilirəm görəcəyəm səni Elə bilirəm gələcəksən bir gün. |