İMlər 

geceadi@gmail.com

 Süleyman Məhəmmədoğlu/ Şeirlər- Elə bilirəm gələcəksən bir gün

+ Şeirlər:


Elə bilirəm gələcəksən bir gün

                        

Elə bilirəm görəcəyəm səni bir gün

Bir uzaqda bir ağac kölgəsində

Yaşıl təpələr üzərində

Ya bu qərib şəhərin bir küçəsində

 

Elə bilirm görüşəcəyəm bir azdan sonra

                               Qatar dayanacağında

Vaqonlardan düşən adamların birisən

Ya qovuşacayıq aydın limanda

Gələn gəmilərdə əl qaldıran adamların birisən

 

Səninlə görüşmüşdüm

Bir sabah göyərçinlər qanadına alanda mavi göyləri

Bir bahar kəpənəklər bənöşələr oynayanda

Səninlə danışmışdım

Bir ayli ulduzlu gecəde

Qurquşumlu anlardan

 

Elə bilirəm tapacağam səni

Oyaq qaldığım gecələrdə

Yazmadığım şerlərimdə

Oxumadığım hekayələrdə

Elə bilirəm çatacağam sənə

Yağmayan yağışlarda

Mənə çatmayan günlərimdə

 

Elə bilirəm görəcəyəm səni

Elə bilirəm gələcəksən bir gün.