|
geceadi@gmail.com |
|
Seyied heydər bəyat / Şeirlər- Unut |
|
+ Şeirlər: Unut!
Unut! Dayirə daralır Yumulur Yumaq kimi Yaramaz bir pişik əlində Pırt Pırt Pırtlaşır Və daha onun ucunu kim tapacaq? Düşüncəni deyirəm Həyatı Və sevgini Və səni Sonda da vaxt olsa bir az məndən danışaq.
Az yox Çox yox bəlkə bacardığım qədər Sevgi sunmuşdum Sən adlı birinə Duz çörəkdən də, Daha çox sevirdim səni Və munacat etdiyim dağların başından
***
Unut! Dayirə daralır Yumulur Yumaq kimi Yaramaz bir pişik əlində Pırt Pırt Pırtlaşır Və daha onun ucunu kim tapacaq?
Az yox Çox yox Bəlkə bacardığım qədər Unuduram səni Və sən bacardığın qədər Unudulmayırsan Bu sezeyif yalçını tək əbədi bir oyun |