|
geceadi@gmail.com |
|
Seyied heydər bəyat / Şeirlər- Daha yağışa düşünmürəm |
|
+ Şeirlər: Daha yağışa düşünmürəm
Daha yağışa düşünmürəm Qəmə dəniz olandan bəri Daha Yağışa... Bir zaman gözlərim bulud idi Ayrılıq səhrasında Və sən əllərində çətir Quru sovuşardın
*
On kərə Sənə fikirləşdim Və beş cut ayaq izi Yaz qapısından Qış küçəsinə...
*
Çiçəklər Dəstə dəstə Quşlar kimi uçur Şəhərə doğru Sən gəlin çıxarsan
*
“ibn-u-ssalam” B.M.W ilə Səni gözləyir Bəzəkçi xana qapısında
*
Məktəbdə birgə olmadıq Biz oxuyan zaman Oğlan qızın oxulunu ayırmışdılar
*
O gün Sübh saat yeddi Əcəb heyrət etdin Mən sənə çiçək yox Hobi kamfitı Hədyə gətirmişdim
*
Sonralar sənə məktub yazmadım Demək Məktub özümidim Köynək arasında Hər gün Qapınıza gəlir
*
O gecə, mənə bir cild niçə
hədiyə verdin. Niçə subay yaşadı Bu qız, Nə demək istəyir?
*
Mən sağı olmuşdum Və çaylar ardıcıl Şərab yerinə Təbrizli şəmsin divanı Və həşiş qoxusu »sevginin hayat suyunu Damarımda axıt Və sübh aynasını Gecəsəl çevir«
O gecə Quniyanın bir bölümü Zəngana duşmuşdu
*
Daha sonra Anam dedi: Toya çağırıblar bizi Yalan deyirmiş ....qızı Sən bilimyurdu yatağında Pancərəni açmışdın Bütün gündüz Gecəyə tərcümə oldu O gecə Mən alatoranda Sıgara içirdim Ay batırdı
*
Çiçəkli araba çiçəyi aparır “ibn-u-ssalam” Güzgüdə məcnunə baxır Qənov qırağında Söyüd yanında |