|
geceadi@gmail.com |
|
|
|
|
Bəzən özümü yazıçılıqdan əl çəkmiş kimi göstərirəm! Rasim Qaraca -Mən öz hekayəm haqqında deyil, daha çox jurnalda dərc olunmuş yeni imzalar haqqında danışmaq istərdim. Bir məsələni təkrar-təkrar dilə gətirməkdən usanmıram; Azərbaycan yeni ədəbiyyatı var, ana dilimizdə modern estetikaya uyğun əsərlər yaranır və bundan sonra da yaranacaq."Alatoran"ın qayəsi bu həqiqəti əks elətdirməkdən, çatdırmaqdan ibarətdir. Dolayısıyla, sadəcə ədəbiyyatın olması deyil, modern ədəbiyyatın olması bizim üçün önəmlidir. Digər ədəbiyyat qurumları və dərgiləriylə aramızdakı prinsipial fərq də elə bundan ibarətdir. Yeni yaranan əsərin müasir oxucu zövqünə cavab verməsi elə onun mübariz olması deməkdir. Zamanın ön cəbhəsi bu gündür, indiki zamandır. Əgər yazıçı indiki zamana mənsubdursa bu onun mübariz olduğundan xəbər verir...
|