|
geceadi@gmail.com |
|
|
|
|
Kim yatmış, kim oyaq? (Cırtdan xalq nağılına dekanstrakşn)
Cırtdanın əhvalatı çox məşhurdur, ancaq onun öz yoldaşları ilə birlikdə divin evində keçirdiyi bir gecənin təfsilatını çoxları bilmir. Yadınızdadırsa div gecə yarı uşaqların yatdığı otağa daxil olub kim yatmış, kim oyaq? deyə soruşmuşdu, Cırtdan isə cavabında ona hamı yatmış Cırtdan oyaq cavabını vermişdi. Bu cavabı eşidən div dərin düşüncələrə dalmışdı, öz otağına çəkilib bir müddət gözləməli olmuşdu. Yaxşı xatırlayırdı, hələ lap kiçik olanda div özündən böyük bacı və qardaşlarını yuxuya verib xəyala dalar, gələcək haqqında, həyatın mənası haqqında düşüncələrə qapılardı. Gecənin bir aləmində atası onların yataq otağının qapısını aralayıb eynən onun özü kimi soruşardı: Kim yatmış, kim oyaq? O da oz nvbəsində sevincək dillənərdi. Atası onu qucağına alıb nə üçün yatmadığını soruşardı və uzun-uzun söhbətə başlardılar.
|