|
geceadi@gmail.com |
|
|
|
|
|
Venus Şair və rəssam dostlarım Səid Muğanlı, Behruz Fəttahi və Adil Bərazəndə ilə Təbrizin "Venus" kafışapında olarkən…
Venus! Miz üstündə yeddi əl Miz altında səkgiz ayaq Qarşımızda bir oğlan, bir qız Əl-ələ veriblər Öpmədən sevişirlər Arxamızdakı oğlan qəzet oxuyur Qabağımızda; Dört fincan Türk qəhvəsi "Paulo Coelho": -Veronika deside morrer(1) "Michel Foucault": -Surveiller et punir(2) Başımızın üstündə; Qırmızı, sarı ışıq Altı göz İki gözə qarşı Danışırıq Susuruq Danışır: -şairin içində bir qadın yaşayır…! Miz üstündə 16 şəkil Etodlar A4 Bir-birinə qatışıblar Qadınların yarısı ağ-apbaq Yarısı qapqara Yenə danışır: “qarğaların ölümünü sevmirəm…! hər gün pişiklərin sevişməsinə baxıb Ləzzət aparıram” Susur…! Susuruq…! Susuram…! Yumşaq muzikin dalğasından Qopan nəğmələr… Sən burda olsaydın nələr olardı, nələr, nələr…?! Offff…! Rəssam dayan! Əl saxla! Bir qadın yeddi dönə içımə Dolmaq istəyir… ____________________________ Ətək yazı: 1. Veronika ölmək qərarına gəlir 2. cəzalandırıb güdmək
وئنوس
وئنوس! میز اوستونده یئددی ال میز آلتیندا سکگیز آیاق قارشیمیزدا بیر اوغلان، بیر قیز ال-اله وئریبلر اؤپمهدن سئویشیرلر آرخامیزداکی اوغلان قزئت اوخویور قاباغیمیزدا؛ دؤرت فینجان تورک قهوهسی «پاولو کوئلو»: ـ وئرونیکا دئساید مورئرر(1) «میشئل فوکو»: - سیروئیلیر ائت پانیر(2) باشیمیزین اوستونده؛ قیرمیزی، ساری ایشیق آلتی گؤز ایکی گؤزه قارشی دانیشیریق سوسوروق دانیشیر: ـ شاعیرین ایچینده بیر قادین یاشاییر…! میز اوستونده 16 شکیل ائتودلار A4 بیر ـ بیرینه قاتیشیبلار قادینلارین یاریسی آغ-آپباق یاریسی قاپقارا یئنه دانیشیر: ـ قارغالارین اؤلومونو سئومیرم…! هر گون پیشیکلرین سئویشمهسینه باخیب لذت آپاریرام سوسور…! سوسوروق…! سوسورام…! یوموشاق موزیکین دالغاسیندان قوپان نغمهلر…! سن بوردا اوسایدین، نهلر اولاردی، نهلر، نهلر…؟! اوففف…! رسام دایان! ال ساخلا! بیر قادین یئددی دؤنه ایچیمه دولماق ایستهییر… ____________________________ اتک یازی: 1. وئرونیکا اؤلمک قرارینا گلیر 2. جزالاندیریب گودمک |