|
geceadi@gmail.com |
|
Ramin Cəhangirzadə / Şeirlər- Elə dağılmışamkı |
|
+ Şeirlər: Elə dağılmışam kı...
Elə dağılmışam kı, Heç tanrı da məni bir yerə toplaya bilməz. İzlərini, Şəhərin qara Asfaltlarında itirdim. Mavi gözlərin, Boğuldu qara gözlərimin acı sahilində. Sarı saçlarını, Qapınızın cırığında itirdim. Sənə yazığım gəlirdi… Səni yalqız bilirdim, Amma sən yal qızı idin. Elə dağılmışam kı, Heç, tanrı da məni bir yerə toplaya bilməz. Hək olmağını, Və sonra bir yala yalvarmağını eşidəndə, elə dağıldımkı, daha səndən, heç bir iz də qalmadı mandə. Mən elə bilirdim, Səni qoruyacam bütün çirkinliklərdən… Amma qoruya bilmədim. Və indi Şeytanlar “sən yaşamalısan” deyərək, Danlayırlar məni… Tanrıya yalvarıram… -məni sil bu dünyanın kitabından… Məni sil bu çirkin sətirlərdən… Daha Paraqıraf-Paraqıraf, Yaşamağımı istəmirəm.
ائله داغیلمیشام کی…
ائله داغیلمیشام کی، هئچ، تانری دا منی بیر یئره توپلایا بیلمز. ایزلرینی، شهرین قارا آسفالتلاریندا ایتیردیم. ماوی گؤزلرین، بوغولدو قارا گؤزلریمین آجی ساحیلینده. ساری ساچلارینی، قاپینیزین جیریغیندا ایتیردیم. سنه یازیغیم گلیردی… سنی یالقیز بیلیردیم، آمما سن یال قیزی ایدین. ائله داغیلمیشام کی، هئچ، تانری دا منی بیر یئره توپلایا بیلمز. هک اولماغینی، و سونرا بیر یالا یالوارماغینی ائشیدنده، ائله داغیلدیم کی، داها سندن، هئچ بیر ایز ده قالمادی منده. من ائله بیلیردیم، قورویاجام سنی بوتون چیرکینلیکلردن… آمما قورویا بیلمهدیم. و ایندی شیطانلار «سن یاشامالیسان» دئیهرک، منی دانلاییرلار… تانرییا یالواریرام… ـ منی سیل بو دونیانین کیتابیندان! منی سیل بو چیرکین سطیرلردن! داها پاراقیراف ـ پاراقیراف، یاشاماغیمی ایستهمیرم!
|