|
geceadi@gmail.com |
|
Ramin Cəhangirzadə / Şeirlər- Yorğun şəhər |
|
+ Şeirlər: Yorğun şəhər
Çıxdım ən uca yerə Ayağımın altında Yırğalanan yorğun şəhər. Çən basmışdı Düşüncələrin gədiyində, Qurd qoxusu. İzlərim soyumuşdu Varlığım soyulmuş can kimi. Baxırdım Baxışlardan donurdu duyğum. Uşaqlar Ax uşaqlar! Nədənsə onların gözündə Can verirdi ulduzlar. Xiyavanlar İlan qorxusundan kirimişdi. Dəhşət! Dəhşət tökülürdü divarlardan. Körpələr hələ körpüdən keçməmiş, Tökülürdülər tıkanların ağzına. Yuva salmışdı bayquşlar, Günəş xarabalığında. Şəhəhr buzluğa çevrilmişdi Sibriyanın buz dağlarına bənzəyən O şəhərdə, bir ürək donmuşduş. |