İMlər 

geceadi@gmail.com

 Ramin Cəhangirzadə / Şeirlər- Dua etdiyim əllərim...

+ Şeirlər:


Dua etdiyim əllərim...

 

Payızımdan oğurladılar

Qızıl günəşimi

Əllərimi göyə qalxızıb

dua etdim:

-barı heç olmasa

Ulduzumu özümə qaytar.

Kimsə pıçıltı ilə qulağıma dedi:-

Göydə nə var ki?!...

Susdum

Sarmaşıq kimi dolaşdım,

Çaşdım yollarda.

 

Çarmıxa çəkəcəkmişlər onu

Qana boyayacaqlar

Gün batmamışdan.

-Mən sarsılmazam- deyə

Öldü

Ölənlər öldürdü onu

Bilənlər öldürdü onu.

Dua etdiyim əllərim

Boşa çıxdı

Çıx-daş oldum

Daşları yonub,

Sitayiş etdim;

Dualarımdan daş əskilməsin deyə!