İMlər 

geceadi@gmail.com

 Ramin Cəhangirzadə / Yazılar- Sevdim, öyrəndim və getdim…

 

+ Yazılar:


 

Sevdim, öyrəndim və getdim…

 

"sevmək öyrənməkdir

Və getmək

Duman ağ donunu yollara sərib,

Çıraqları işıqlandır"

Lalə Cavanşir

 

Sevdim, öyrəndim və getdim… indi dumanlı yollardayam. Heç bir çırağın işıltısını görə bilmirəm. Yollara baxdıqca doyuncaq, gorumu qazanları görürəm… torpaq ölüm qoxusu verir. Ağacların səmfonisindən sununcu ümid yarpağımı düşmüş görürəm. Bütün sevdiyim adamlar, serçə ürəyimdən vurdular. Mən sevdikcə, onlarda nifrət güclənirdi. Gicələ-gicələ bu döngədən o döngəyə atılırdım…

Sevərkən başımı divara çırpdım!… Sevərkən yamanladım!… sevərkən axmaq adı qoydular mənə!… Sevərkən yamanlarımı ona-buna yolladılar!… Mən nə edə bilərdim, serçə ürəyimlə?!…

Burada dəmir qafiyələr gözlərin misrasında yerləşmişdi. Burada zaman almaların ölümünü sayaqlayırdı!… Burası yer kürəsi, tanrı qəhqəhəsindən oyanırdı insanlar.

Bütün tanrıları içimdə öldürdüm və özümdə qurduğum bütün qalaları uçurtdum. Uçuldum yenidən uçulmayam deyə.

Indi sarı yolun yolçusu olsam da, indi "Sarı Gəlin" mahnımızı oğurlayan kimi, sarı gəlinimi uğurlasalar da, yaşıl yaşamağa hələ ümidim var. Fahişə buludlar hər zaman günəşin üzünə yaşmaq çəkməyəcəklərki?!…

 

 

سئودیم، اؤیرندیم و گئتدیم…

 

«سئومک اؤیرنمکدیر

و گئتمک

دومان آغ دونونو یوللارا سریب،

چیراقلاری ایشیقلاندیر» 

لاله جوانشیر

 

سئودیم، اؤیرندیم و گئتدیم… ایندی دومانلی یوللاردایام. هئچ بیر چیراغین ایشیلتیسینی گؤره بیلمیرم. یوللارا باخدیقجا دویونجاق، گورومو قازانلاری گؤرورم… تورپاق اؤلوم قوخوسو وئریر. آغاجلارین سمفونیسیندن سونونجو اومید یارپاغیمی دوشموش گؤرورم. بوتون سئودیییم آداملار، سئرچه اوره­ییمدن ووردولار. من سئودیکجه، اونلاردا نیفرت گوجله­نیردی. گیجله-گیجله بو دؤنگه­دن او دؤنگه­یه آتیلیردیم…

سئورکن باشیمی دیوارا چیرپدیم!… سئورکن یامانلادیم!… سئورکن آخماق آدی قویدولار منه!… سئورکن یامانلاریمی اونا-بونا یوللادیلار!… من نه ائده بیلردیم، سئرچه اوره­ییمله؟!… بورادا دمیر قافییه­لر گؤزلرین میصراعسیندا یئرلشمیشدی. بورادا زامان آلمالارین اؤلومونو سایاقلاییردی!… بوراسی یئر کوره­سی، تانری قهقهه­سیندن اویانیردی اینسانلار.

بوتون تانریلاری ایچیمده اؤلدوردوم و اؤزومده قوردوغوم بوتون قالالاری اوچورتدوم. اوچولدوم یئنی­دن اوچولمایام دئیه.

ایندی ساری یولون یولچوسو اولسام دا، ایندی  «ساری گلین»  ماهنیمیزی اوغورلایان کیمی، ساری گلینیمی اوغورلاسالار دا، یاشیل یاشاماغا هله اومیدیم وار. فاحیشه بولودلار هر زامان گونشین اوزونه یاشماق چکمه­یه­جکلرکی؟!…