geceadi@gmail.com
Nigar Xiyavi
نيگار خياوی
Şeirlər:
+ Arxayınlıq
+ Yıxılmasın Evin Səttarxan!
Arxayınlıq
Bu arxayınlığa inanamam, inanamam!
Arxamda külək əsir
Külək əsir arxamda, kül sovurur
Saçlarım gizli bir hıçqırığın darağında
Dən-dən tökülür
Başımın ağrısı qağının cəftəsini ağırladır
Qapı açılmır, açılmır qapı
Açılıbsa,
Önündə divar durur
Mən bu sarı arxayınlığa inanamam!