İMlər 

geceadi@gmail.com

 Məhəmməd Riza ləvayi / şeirlər- sən yoxsan

 

+ Şeirlər:


Qayıdıram qızıl gülə

 

yol uzunu dərdləşməyə

bu dünyanın qumlarıda

bir dərd olub!

Mən çayların adətindən çıxmalıyam!

Mən suları

üz yuxarı

qayıdıram!

Qayıdıram qızıl gülün keçmişinə

Üzümlüyün yuxusuna

Qayıdıram yaşıllıqda ocaq quram,

Qızıl güldən!

Qayıdıram üzümlüyün qanın soram

Şüşələrdən!

Yenə allah,

Yenə allah

üzümüzdə

Gül açacaq

Yenə uçuş, kəpənəyi varaqlayır,

Ulduzların otayında

Gözü qalan uşaqlara!

 

Yenə uşaq duyğularım

Qovuqlardan asılıdır.

Mən

Yellərin dönümündə oturmuşam

gecələrin sukutunda

Yuxularım uzanmışdı...

Dinc oturmaz uşaqların

Xəyalıydım

Səssiz-sözsüz

Ürəyimə sıxılmışdım!

Nədən belə

Təkliyimin pəncərəsi

Daşdan oldu?!

Nədən belə

Qışqırıqda itib batdim?!

 

Qələməlik uzaldacaq

Qızıl güldən sor halımı

Qızıl gülün ətirindən!

Qayıdıram,

Qayıdıram quruluğu

Suvarmağa,

Çaylar

Dəniz fikirində qoxudular

 Qayıdıram,

Anaların sinəsində,

Süd ətrində,

Yuxularım yırğalansın!

 

Min il

Min ay

Quzum laylay!...