|
geceadi@gmail.com |
|
İsmayıl Cəmili / Şeirlər- Biz varıq |
|
+ Şeirlər:
Biz Varıq...
Ayırdılar yol yarıya çatmadan Ayrımçılar yolumuzdan bizləri Bir düz yolun düzlüyünə varmadan Əyri yolun bitirdilər özləri
Biz güvəndik düz inama düz yola Bir baxmadıq tələ quran sağ, sola Çatdırmadan yolu başa qol-qola Bizə düşmən gostərdilər bizləri
Alçaqları şişitdilər dağ oldu Məzarları bəzədilər bağ oldu Biz qara gün, kömür üzü ağ oldu Yenə bizi görənmədi gözləri
Düşünmədən yol kimindir atlandıq Bizə qənim olanlarla yollandıq Yarı yolda yoldaşlara talandıq Axtaranda dönümlərdə düzləri
Bir gün başa çatacaqdır ayrılıq Yubansa da gələcəkdir azadlıq Bölünsək də talansaqda biz varıq Kül altında saxlamışıq közləri
بیز واریق
آیردیلار یول یاریيا چاتمادان آیریمچیلار یولوموزدان بیزلری بیر دوز یولون دوزلوگونه وارمادان اَیری یولون بیتیردیلر اؤزلری
بیز گووندیک دوز ایناما دوز یولا بیر باخمادیق تله قوران ساغ سولا چاتدیرمادان یولو باشا قول قولا بیزه دشمن گؤرستدیلر بیزلری
آلچاقلاری شیشیتدیلر داغ اولدو مزارلاری بزهدیلر باغ اولدو بیز قارا گون ، کؤمور اوزو آغ اولدو یئنه بیزی گؤرنمه دی گؤزلری
دوشونمهدن یول کیمیندیر آتلاندیق بیزه غنیم اولانلارلا یوللاندیق یاری یولدا یولداشلارا تالاندیق آختاراندا دؤنوملرده دوزلری
بیر گون باشا چاتاجاقدیر آیریلیق یوبانسادا گلهجکدیر آزادلیق بؤلونسَكده ، تالانساقدا بیز واریق کول آلتیندا ساخلامیشیق کؤزلری
|