|
geceadi@gmail.com |
|
Hadi Qaraçay / Şeirlər- İkinci səs qayıdan səs |
|
+ Şeirlər:
İ kinci səs qayıdan səs
Damar damla damla günəş damarlarıma sızar dərimin altına sevda büyüsü yuxulu bir gülün qızdırmasından mən, didərgin gözlərimi qəfəs bağlaram
içində sən!
Aaax qaraçı qadın öyrətsəydin gözlərimin qapaqlarına açılmamağı!
Əyilər günəşin başı boynuna üzü beş boyanın birləşimində çəkilər qızdırması qızıl gülünün açılar qapısı qəfəsin gözlərimi açdıqda
"buraxsan tutacaqsan tutsan buraxacaqsan" Aaax qaraçı qadın açsaydın sevginin bu son gizini!
Sən öpüş dadan şirin bir salam ayaq səsimə açılan taxta bir qapının somutluğundan çıxarsan səssiz daşdöşəkli uramlarda görüşər baxışlarımız yenidən damar
damla
damla
damar
damarlarıma
günəş.....
|