İMlər        

geceadi@gmail.com

 Hadi Qaraçay / Şeirlər- Qara göz

 + Şeirlər:


 

Qara göz

 

Sənə dönəcəyəm bir gün

Sevgili dostum

Badamlığın çiçəkli yazında

Həvəsli gülüşlərlə

Ardıca* gedərkən yetgin qızların.

Sənə dönəcəyəm bir gün

Ərikli yayın kükürd iyində,

Təzə biçilmiş yonca qoxusunda,

Və yaşıyacam səninlə birlikdə

Biçin günlərinin ağır - uğurun.

 

Qanımda

Sönməyən bir od var

Və başımdadır

Yurqunluqda** gəzən küləyin ayaq səsləri.

Sənə

Dönəcəyəm bir gün

Altmış yaşımda

Yetmiş yaşımda belə,

Və Ağ yerin*** xərmən küləyində

                                 sovuracağam

Qurbət illərinin yorqunluğunu.

 _________________________________________________

 

*Kəndimizin yaxinlığında yerləşən bir ardıc ağacı var əsgi inamlara söykənən

bir gələnəklə kənd kişiləri (adamları) ildə bir yol bu ardicin görüşünə gedər

istəklərini ondan dilər, budaqlarına dəsmallarını asarlar.

**yurqunluq yer adıdır

***Ağ yer  yer adıdır orada ilin xərmənlərini sovurarlar.