|
geceadi@gmail.com |
|
Hadi Qaraçay / Şeirlər- Ay üstündəki ulduz |
|
+ Şeirlər:
Ay üstündəki ulduz
Bu ay üstündəki ulduz kimə baxar böylə?
Beyni lüt əyni lüt çılxa çıplaq alaca yuxumda boylanaraq içimə baxdı. ərkək səsində yoluxucu bir doğmalıq imli imlər yerində öz adımla çağırdı məni oooooooyyy mininə minmiş sonuncu yəcucun sonuncu törəsi qulaqlarının biri yorğanı biri döşəyi, qaraca saqqlaın ağarmamışkən ağca dişlərin qararmamışkən adına çapdığın o hansı ad yox bəlli bilgil sonuncu yəcucun sini burdadır başına qılıncını sancacaqsan sanc daşına adını yazacaqsan yaz yeddinci çaparın yeddinci atının nalları düşmüş aşılası yol deyil adını daşlara yazmışların qılıncının uca kölgəsi !
"At dırnağında gəlirmən çoqdandı aşmışam kölgəlikləri acunun anlında ağaran yollardır adımız.
Aşdı sonuncu sini başına qılıncını sancmadan, aşdı uca kölgəni daşına adını yazmadan yollar tanığımız olsun! deyiv keçdi". Dili öz dilimdir adı öz adımdır mənmi söyləmişəm söylənənləri? Qutlu adı qutluqdur adına sığınar and yeri qılıncı olar at üstə doğar at üstə ölər törəmiz öyrənmədimmi? öyləysə qaraca ağını içimə axıdan bu hansı məndir?
Acunun anlında ağarar yollar səssizcə düşər ay ışığı çəpərlər üstə qurdun ulam çağıdır beş boyanın birləşim dönəmi, qalın ağacı boyunca tanığı yollar olan adına sığınan qutlu adı qutluqdur durduqca durar. |