|
geceadi@gmail.com |
|
|
|
|
Modernitə nədir? Peter Osborne Çevirən: Güntay Gəncalp
Modernitə modern özəllik, bir növ modern təcrübə və modern dönəmdən ibarətdir. Modernitə ideyası yenilikçilikdən və indiki zamanın keçmiş zamanla hesablaşıb, bəlli olmayan gələcəyə doğru yönəlişindən yoğrulmuşdur. Daha geniş anlamı ilə modernitə ideyası yenilik, ixtira, girişimçilik, yaradıcılıq, öncülük, irəliləyiş, qalxınma, zövq və səliqə qavramlarını da ehtiva etməkdədir. Bu açıdan baxıldığında modernitə əskiçiliyin, əskiliyin, gericiliyin, durğunluğun, zövqsüzlüyün, gələnəklərin tam qarşıtıdır, ziddidir. Modernitə əskiliyi tarixə buraxar, onu indiki zamana daşımanın əleyhinə çıxar. Bütün bunları nəzərə alaraq modernitəni tarixi indiki zaman bilgisinin yapısı olaraq tanımlamaq mümkündür.
|