İMlər 

geceadi@gmail.com

 

Eluca Atalı

ائل­اوجا آتالی

Şeirlər:

+Xoş gördük, Ayrılıq!

+

 

"İsveç gündəliyi"ndən ilk səhifə

 

Xoş gördük, Ayrılıq!

 

( Mənsur şeir )

Xoş gördük, Ayrılıq!

Keç otur yanımda! Al, dincini, nəfəsini al bir az.

 Uzaq yolları yorub gəlmisən.

Gözümün önündə durub bitmisən.

Amma gözləmə durub ayağa, qarşında diz çöküb təzim edəcəm.

Övladına həsrət bir ana kimi bağrıma basıb öpəcəm.

Bundan sonra yanımdasan daima. Gözlərinə baxacam, gözlərimi yorunca.

Yoldaşım, qardaşımsan, can sirdaşım, bağırdaşım, sən məndəsən!

Arzulamırdım, amma tapdın!

Çox iylədin həsrəti !  İçimdəki xoşbəxtliyə qısqanırdın, onunçündə gəlib tapdın.

Nə qədər boz imiş sənin sifətin ?!

Kimi tapsan yapışarsan, alt - üst olar mənəmliyi, mənliyi.

Sən həyatın astar üzü, bu dünyanın gecəsisən.

Gecələri çox sevirdim,ulduzları seyr edəndə.

 Sən gecənin ulduzları sönük - sönük, buz kimidi. Külək vurub soluxdurmuş gülə bənzər.

İndi bildin, sevməyirlər  niyə səni ! Çünki xudbin doğulmusan əzəldən.

Xoşbəxtliyi əldən alan sən tək varlıq yoxdur hələ.

Sevin indi, qüssəliyəm, ocağına tir atıram.Sən ki çör - çöp yığan idin, zərrə - zərrə artanda da şadlıq edib öz halına bayramsayaq bəzənərdin.

Xoş gördük, Ayrılıq!

Keç yuxarı,düşmə ordan, qoy gözlərim təkrar - təkrar görsün səni. Bəlkə onda dərk edərəm varlığını.

Varlığımı hər cəhd ilə öz gücünə əsir edən  varlığını!

Sən var ikən kimsə deməz mən də gəlim.

Tək qonağım, təkliyindən yorulmazsan. Mən yanında, indi sən də sakinisən məndə olan xanigahın!

      

 

31 Murad Günü, Günəş Ayı,

28 -ci il. 31.03.07 

Stokholum