|
geceadi@gmail.com |
|
|
|
İçimtil Dışım
Yaşadım bir ömür atamın ölü kölgəsində Kölgəsi oldum Adının dalısı Bir ömür yaşadım alavlı adların altında Yandım, yandırmadım Söndüm, söndürmədim Sevdim, bağırmadım Gördüm, çağırmadım İçimdə qaldım Öz özlüyümdə Özüm Dışarıda Gözüm Dildə Sözüm Sevincsiz yaşadım Partlayan özləm qabarcıqları Üzümə sıçradı Həsrət...ləri Möhnət...ləri Qapandı gözüm Kipriklərim sinəma pərdəsi Işıqsız Yaşadığım yaşamı geri qaytardı Səssizcəsinə Yenidən göstəri yapdı Ölümcül imgələr Işıldayaraq Pərdə-pərdə An-an Rivayət edərkən keçmişi Qərniyələrdə Düzəldi Pozuldu Düzəldi Pozuldu Düzəldi... Yenə yaşayacağam bir ömür Güzgüdə amma Kölgədə yox Özgədə yox Sömürgədə yox Özümdə Səssiz yox Sevincsiz yox Ulucasına yaşayacağam Diri-diri Haray çalaraq Küçələrdən atılaraq Geriyə baxmayaraq Baş ucaldaraq Düşüncələrin sonunadək yaşayacağam Olmayacağam qəbirdaşı kimsəyə Önsüz, Sonsuz, Bağışlanmış Ata-babalardan, Burum-burum yaşamı Toxunulmamışcasına Sonrakı burumlara Ödəyəcə..... |