İMlər 

geceadi@gmail.com

 Duman Ərdəm / Şeirlər- Oxşayır qağayıların səsi

+ Şeirlər:


 

Oxşayır qağayıların səsi

Sonsuz axan dalğaları

Gəmi bilinməyən adalar sorağında

Damla-damla süzülür ufuğa

Axşam üstü

                    Qumsal biz

Qarışmışıq bir-birimizə

                    Çırıl-çılpaq

 

Uzaqlarda bir sərxoş oxuyur

Boş vodka qutularını dənizə tullayaraq

“çırpınırdı qara dəniz

                            Baxıb türkün bayrağına”

Biz susmuşduq kəndimizi

Və dalmışıq gözlərimizdə kimsəsiz limanlara.

 

اوخشايير قاغایی­لارين سسی

سونسوز آخان دالغالاری

گمی بيلينمه­ين آدالار سوراغيندا

داملا – داملا سوزولور اوفوغا

آخشام اوستو

                 قومسال بيز

قاریشمیشیق بير-بيريميزه

                چیریل- چیلپاق

 

اوزاقلاردا بير سرخوش اوخويور

بوش وودكا قوطولارينی دنيزه توللاياراق

« چیرپينيردی قارا دنيز

                        باخيب توركون بايراغينا»

بيز سوسموشوق كنديميزی

و دالميشيق گؤزلريميزده كيمسه­سيز ليمانلارا.