|
geceadi@gmail.com |
|
Dalğa xatınoğlu / Şeirlər- Yuxularım doğal sinema |
|
+ Şeirlər:
Yuxularım doğal sinema
Yuxularım doğal sinema Və sən kabuslarımın artisti Gül mənə, Dəlicəsinə gül Dişlərin üzümə itilmiş muşar kimi kəs gövdəmi min yerə böl yarali köksümdən fidanlar baş qaldırmada! Bu gecə Tanri ilə əlbirəm cinayətə Yəni addım-addım intihardayam Və sənin fantezi əllərinlə Dar kəndirin boynuma saldırmada Oooovvvv əllərin nə sərin! Kabuslarım ara, Öz əlim gövdəmə toxunduqda, Diskinib ayılıram Buda yeni bir fəlsəfə: Mən qorxuram bə varam! Gövdəm boydadır içimdə yaram Şeirlərim siyasət baram.... Yenə şeirdən dustaq tikmədəyəm Kəlmələr daşı çiynimdə Çeşitli pilanlar beynimdə Satın qul kimi, Heç bir örtük əynimdə! 23 il üzümü duvara söykədim Gözlərimdə qızlığı getmiş bir uşağın otanması Ürəyimdə Lezbianların vəhşi öpüşündən sıcaq, bir odun yanması Oooovvvv üşürəm ancaq! 12 yaşlı bir oğlan varmış Taza ayılmış Birinci kərə içində sevgini bulmuş köylərinin fahişəsinə vurulmuş! 12 yaşlı bir oğlan varmış bir zaman Anası da ona əl verməyə qısqanarmış Bəlkədə çəkinərmiş! Buda bir əcayib iş!!! Kimi qanına susamış, Kimi ətinə yerikləmiş, Hamıdan qaçarmış bir zaman!
Sağduşum solduşum fahişələr Yəni Tanrının dişi elçiləri Heç bir suçum olmadan yaşamağa məhkumam, Və səni sevməyə! Nəfəs dərmədən düşünmək zorundayam Və ayılmaq təhlükəsində... Yuxularım doğal sinema Və sən kabuslarımın artisti |