|
geceadi@gmail.com |
|
Dalğa xatınoğlu / Şeirlər- Sonulur Süleymanoğlu için |
|
+ Şeirlər:
Sonulur Süleymanoğlu için
Adımı sorsanız, Mənim adım Heç Kim Günəş kölgəsi də deyə bilərsiniz əfəndilər Bəri bax, bəri Gözlərinizə göstərdim bütün görəməzlikləri Qulaqlarınıza bağırdım bütün eşidəməzlikləri Şeir fəlsəfəm olmazınlar üzərində qurulmuş Ha belə birdə, Ürək sözüm yazmadığım şeirlərdə Adımı sorsanız Mənim adım Heç Kim Sukutun səsi də deyə bilərsiniz əfəndilər Haqqınızı yedim doğrudur 24 il artıq yaşadım danmıram ki 180 sant artıq dikəlmişəm kəsin hər yerimi sizin olsun danmıram ki 60 kilo artıq kökəlmişəm kəsin ətlərimi sizin olsun sümük kimi sızladığım ürək kimi göynədiyim yetər ha belə birdə hırsımdan dırnaqlarımı bıləklərimə qədər çeynədiyim yetər adımı sorsanız mənim adım Heç Kim su ləkəsi də deyə blərsiniz əfəndilər Əyilib gözlərimin içinə baxıam, Yalanlarımı çıxarmaq için axı, hanki ölü mənim kimi yata bilər? Yatdım da büsbütün Hanki fahişə ürəyini də sata bilər? Satdım da büsbütün Hanki dəli mənim kimi qata bilər? Qatdım da büsbütün Saqın aldanmayasan ha! Kövrəlmə göz yaşıma Gizlicə gülməyim gəlir Burax məni tək başıma Bu gecə ölməyim gəlir Adımı sorsanız mənim adım Heç Kim Şeytan nütfəsi də deyə bilərsiniz əfəndilər... |