İMlər 

geceadi@gmail.com

 Dalğa xatınoğlu / Şeirlər- Küçə uşağıyam

 + Şeirlər:


Küçə uşağıyam

 

Küçə uşağıyam
Küçə söyüşlərinə öyrənib dilim
Təbəssümümdə gözəlliyin sınayan qızları
heç də sevmədim
Qeyrət yüküyəm
Küçə qəhbəsidir sevgilim!
Küçə divarlarına yazdım şeirlərimi

ara-sıra görə bilərsiniz
Üsyançı mübarizəm
küçə daşıdır silahım
Və anasını ... polislər var
Süleymanın sümüyündən yonulmuş çomaq bellərində
Ayişənin saçından hörülmüş şallaq əllərində
küçə keyfıma əngəl!
Arxadaşlarıq Süleyman və mən
Qardaş kimi bölüşürük hər axşam
Kayinat qədər dərdimizi
Və barmaq boyda nəşəni
Birdə dünyalarca sevdiyim Ayişəni
Bir parça şərrik demiş Məmmədrza əfəndi
Bir tikə boz ləkəyik ağ mədəniyyətizə
bizi dana bilərsiniz
onsuzda biz yoxuq
biz zatən heç zaman olmamışıq
.