|
geceadi@gmail.com |
|
Dalğa xatınoğlu / Şeirlər- DEDIM BƏ BAXMA QIZ! |
|
+ Şeirlər: DEDIM BƏ BAXMA QIZ!
Öyləsinə baxma Baxma Dedim bə baxma qız! Kim sənə küs dedi? Kim səni qucağimdan qopardı? Hansı gecə , Hansı gündüz, Və necə də gözlərimdən gizlicə, Ürəyini aprdı? Titrəyən əllərimi buraxma Buraxma Dedim bə buraxma qız!
Kim sənə
küs dedi? Və anılarımızı beynindən süpürdü? Kaç kərə dişlərini sıxdın? Kaç kərə əzildin, Kaç kərə dodaqların yerə tüpürdü?
Ayağın büdrəməsin Züyüb də axma Axma Dedim bə axma qiz! Hər ikimiz suçluyuq Hər ikimiz axmaqız! Kimlərə açı verdin Sım-sıxı qoynunu? Kimlərə maçı verdin Qarşımdakı bükülmüş boynunu? Yetməzmi? Saydıqlarım bəs etməzmi? Buraxıb da get Durarsan gözlərim dolar Çəkib də buranı tərk et Heç də qayıtma nə olar?
Yaxma Dedim bə yaxma qız! Hala da şəkilin gözlərimdə Hala da barmaq izlərin saçlarımda Hala da otağımda qalır Əksini duvardan tərsinə asdığım Hala da səni qoxuyur Gecələri sarıldığım yorqan Və gündüzləri bağrıma basdığım O cım cılaq yasdığım Buraxıb da get Durarsan gözlərim dolar Çəkib də buranı tərk et Heç də qayıtma nə olar? |