İMlər 

geceadi@gmail.com

 Aydın Roşən / Şeir- Saymaq başarmıram!

 + Şeirlər:


Saymaq başarmıram!

Sevmək başarıram!

Elə olub ikisini birdən sevmişəm!

Elə olub birini iki yol sevmişəm!

Neyləmək?…

Sevmək başarıram,

Saymaq başarmıram!

 

سايماق باشارميرام!

سئومك باشاريرام!

ائله اولوب ايكي­سيني بيردن سئوميشم!

ائله اولوب بيريني ايكي يول سئوميشم!

نه ائيله­مك؟...

سئومك باشاريرام،

سايماق باشارميرام!