İMlər 

geceadi@gmail.com

 

Alma Muğanlı

آلما موغانلی

Şeirlər:

 

 

 

 

 

 

 

 

 

 

Güzgüm əlimdə

Dalğalar üstə gedirəm

Dalğalar, sahildən gedir dənizə sarı

Dəniz bir çəllək sevinc mənə pay verir

Və gözlərim güləndə hər şey dəyişir

Dalğalar dönür

Yenidən sevilirəm, Yenidən sevirəm

Dodaqlarım gülümsəyir

Tarım yenidən çalır, güzgüyə baxıram

Heç bir şey dəyişilməyib

Güzgülər yenə məni ağlağan kilkəli qız göstərir

Bir də baxıram güzgüdə bir şey dəyişilib

Sevinc bir yamaq tək utancaq ürəyimə tikilib.

 

 

گوزگوم اليمده

دالغالار اوسته گئديرم

دالغالار، ساحيلدن گئدير دنيزه ساري

دنيز بير چَللك سئوينج منه پاي وئرير

و گؤزلريم گولنده، هر شئي دييشير

دالغالار دؤنور

يئني­دن سئويليرم، يئني­دن سئويرم

دوداق­لاريم گولومسه­يير

تاريم يئني­دن چالير، گوزگويه باخيرام

هئچ  بير شئي دييشيلمه­ييب

گوزگولر يئنه مني آغلاغان كيلكه­لي قيز گؤسترير

بير ده باخيرام گوزگوده بير شئي دييشيليب

سئوينج بير ياماق تك اوتانقاج اور­ييمه تيكيليب.